
Sədr
Əfəndiyeva Elvira Vəli qızı
1981: anadan olmuşdur.
Təhsil
1998-2002: Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr təhsili almışdır.
2024-dən: Gəncə Dövlət Universitetində “Tarix” ixtisası üzrə ikinci təhsilini davam etdirir.
Karyera
2008-2017: Qazax Dövlət Sosial İqtisadi Kollecində proqramçı mühəndis vəzifəsində çalışmışdır.
2017-2025: Qazax Dövlət Sosial İqtisadi Kollecində Qeydiyyat, Qiymətləndirmə və Monitoring şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
2008-2024: Qazax Dövlət Sosial İqtisadi Kollecində Tələbə Gənclər Təşkilatının sədri olmuşdur.
2019-2021: Orta İxtisas Təhsil Müəssisələrinin Regionlar üzrə Tələbə Gənclər Təşkilatlarının sədri seçilmişdir.
2019-2022: Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsilin keyfiyyəti və təhsildə yeni çağırışlar” mövzularında keçirilən seminarların iştirakçısı olmuş və müvafiq sertifikatlar almışdır.
2022: “Şuşa – bugün, dünən, sabah” mövzusunda Respublika elmi konfransında iştirak etmişdir.
2023: “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” adlı beynəlxalq elmi konfransda iştirak etmişdir.
2023: “Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin banisidir” mövzusunda Respublika elmi konfransında iştirak etmiş və Respublika mətbuatında mütəmadi elmi məqalələrlə çıxış etmişdir.
2025: Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa şəhər Komitəsi üzvlərinin səsverməsi ilə sədr seçilmişdir.
Xarici dillər:
İngilis
Rus
Ailəlidir, 2 övladı var.